İsrail rejimin sabiq Prezidenti cinsi təcavüzdə ittiham edildi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, siyasətçi və Knessetdəki İşçi Partiyasının keçmiş üzvü Kolet Avital, keçmiş baş nazir Şimon Peresin ona təcavüz etməyə çalışdığını söyləyib.
Qüds Xəbər Agentliyi cümə günü Haaretz qəzetinə istinadən Şimon Peresin 1980-ci illərdə Kolet Avitalı iş yerində iki dəfə cinsi istismara məruz qoyduğunu bildirib.
Haaretz qəzeti məlumatın davamında yazıb ki, bu hadisələrdən biri onların hər ikisinin Fransada diplomatik missiyada olduqları zaman baş verib. Belə ki, İsrailin keçmiş baş naziri Avitalı bir oteldə səhər yeməyi yeməyə dəvət edərək, ona cinsi təcavüz edib.
Məlumata görə, Kolet Avital bu barədə Peresin müşavirinə və keçmiş baş nazir müavini Yossi Beilinə məlumat veribmiş.
Al-Bəvvabə xəbər agentliyi Haaretz-ə istinadən xəbər yazıb ki, Avital hekayəni Parisdəki diplomat və jurnalist dostu olan Tamar Qolana danışıb, Qolan isə Avitala bunun onun da başına gəldiyini söyləyib.