İsrail rejiminin Dəməşq ətrafına növbəti hava hücumu
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, SANA xəbər agentliyinin verdiyi məlumata görə, sionist qırıcıları çərşənbə axşamı gecəsi Dəməşq ətrafını hədəfə alıblar.
Suriyanın xəbər mənbələri, bu hava hücumuna Suriya ordusunun Hava Hücumundan Müdafiə Sistemi tərəfindən qarşılıq verildiyini və atılan bir çox raketlərin hədəfə dəymədən vurulduğunu söyləyiblər.
Yerli mənbələr sionist rejimin Dəməşq Beynəlxalq Hava Limanının ətrafını hədəfə aldığını bildiriblər.
Suriyanın Müdafiə Nazirliyinə yaxın bir hərbi mənbə xəbər vermişdir ki, İsrail ordusu bu hava hücumunu çərşənbə axşamı gecə 22:35-də işğal altındakı Qolan yüksəkliklərindən həyata keçirmiş, lakin Suriya ordusunun Hava Hücumundan Müdafiə Sistemi atılan raketlərin əksəriyyətini vurmağa müvəffəq olub.
Qeyd edək ki, İsrail qırıcıları son aylarda dəfələrlə Suriya ərazisinə təcavüz edərək, Dəməşqi və onun ətraf ərazilərini bombalayıb.