İsrail rejiminin iki zabitinin oğurlandığı iddia olundu -Video

İsrail rejiminin iki zabitinin oğurlandığı iddia olundu -Video

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, bu həftə Əl-Cəzirə telekanalı “Gizli olan daha böyükdür” adlı proqramında “Əl-Hürriyyə” adlı naməlum hərəkatın işğal olunmuş Fələstindən kənarda gizli əməliyyat keçirilən iki sionist zabitini oğurladığını açıqlayıb.

Yayılan videoda iki zabit özlərini “David Berry” və “David Ben Rozi” kimi təqdim edir və videomüraciətdə sionist rejimdən onları xilas etməsini istəyir.

Lakin sionist rejimi buna cavab olaraq bu xəbərin doğru olmadığını və zabitlərinin oğurlanmadığını bildirib.

Palestine Now-ın xəbərinə görə, Əl-Hurriya bu gün (çərşənbə axşamı) Təl-Əvivə mesaj kimi görünən yeni bir video yayımlamaqla sionist rejimin iddiasına cavab verib.

Bu videoda zabitlərdən birinin səsi eşidilir: “Daha heç nə xatırlamıram”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + fifteen =