İsrail rejiminin Livan vətəndaşlarına qarşı hücumları ilə bağlı son statistik məlumat
Livanın Səhiyyə Nazirliyi bu gün (bazar ertəsi) İsrail rejiminin dünənki hücumu nəticəsində 158 livanlının həlak olub yaralandığını açıqlayıb.
Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Livanın Səhiyyə Nazirliyi bu gün (27 yanvar) verdiyi açıqlamada, İsrail rejiminin bazar günündən bu yana ölkəyə təşkil etdiyi hücumlarda 24 livanlının şəhid olduğunu və 134 nəfərin də yaralandığını açıqlayıb.
Xatıraladaq ki, İsrail ordusu ölkənin cənubundakı bölgələrdə evlərinə qayıdan Livan vətəndaşlarını hədəf alaraq atəşkəs razılaşmasını pozub.
Livan və İsrail rejimi arasında atəşkəs razılaşmasına əsasən, rejimin qoşunlarının Livan ərazisindən tamamilə çıxarılması üçün verdiyi 60 günlük müddət fevralın 27-də başa çatıb.
İsrail rejimi daha əvvəl Livanın cənubundan qoşunlarının çıxarılması üçün verilən zamanın bitdiyinə baxmayaraq, Livan ərazisində qalacağını açıqlamışdı. Bunun ardınca Livan ordusu Tel-Əvivin ölkənin cənubundan çəkilməsini gecikdirdiyini açıqlayıb.