İsrail rejiminin naziri İrana görə çağırış etdi

İsrail rejiminin naziri İrana görə çağırış etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin hərbi naziri Mərakeşin paytaxtı Rabata son iki günlük səfərindən sonra bu Afrika ölkəsinin media vasitəsilə İran əleyhinə mesajlar verib.

Qərbi Asiya regionunda nüvə silahının yeganə sahibi olan rejimin hərbi naziri “Observer Maghreb” jurnalına verdiyi müsahibəsində sionist rejimin İrana və dinc nüvə proqramına qarşı əsassız və təkrar iddialarını xatırladıb.

Beni Qantz deyib: “İsrail hökuməti xüsusilə İranın regional təcavüzündən və nüvə ambisiyalarından narahatdır. Mən fürsətdən istifadə edərək İrana qarşı qlobal addımların atılmasının vacibliyini vurğulayıram, çünki bu, təkcə İsrail üçün bir problem deyil, bu, həmçinin bir qlobal və regional problemdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × five =