İsrail rejiminin Suriyanın cənubuna yeni raket hücumu
Suriya Müdafiə Nazirliyindəki mənbə bildirib ki, İsrail rejimi çərşənbə günü səhər Əl-Quneytərə əyalətinin bəzi hissələrinə işğal etdiyi Qolan təpələrindən bir neçə yerdən-yerə mənzilli raketlər atıb.
Suriya Müdafiə Nazirliyindəki hərbi mənbə İsrail rejiminin Suriyanın cənubuna raket hücumu barədə məlumat verib.
Əl-Əxbariyyə və Suriyanın SANA xəbər agentliyi çərşənbə günü səhər mənbəyə istinadən bildiriblər ki, İsrail rejimi çərşənbə günü gecə yarı saat 12:30-da Əl-Quneytərə əyalətinə (Suriyanın cənubunda) bir neçə yerdən-yerə tipli raketlər atıb.
Mənbənin sözlərinə görə, hücum Suriyanın işğal altında olan Qolan təpələrindən həyata keçirilib və bəzi ərazilərə ziyan dəyib. Hücum nəticəsində insan tələfatı olmayıb.
Bu, son aylarda ikinci dəfədir ki, İsrail ordusu işğal etdiyi Qolandan Suriyanın cənubuna raket zərbələri endirir.
Rejim son dəfə döyüş təyyarələri ilə Suriyanın cənubuna bir neçə raket atdığı zaman Suriya ordusu müdafiə xarakterli raketlərlə cavab verib və onlardan bir neçəsini səmada məhv edib. Onlardan biri işğal altındakı Fələstinin şimalına düşüb. Bunun ardınca İsrail rejimi Suriyanın işğal olunmuş Qolan bölgəsindən ölkənin cənubuna.bir neçə raket atıb.