İsrail rejiminin təhlükəsizlik müşavirləri: Böhran dərinləşib və onu həll etmək üçün heç bir iş görülmür

İsrail rejiminin təhlükəsizlik müşavirləri: Böhran dərinləşib və onu həll etmək üçün heç bir iş görülmür

Sionist rejimin son iki onillikdə təhlükəsizlik müşavirləri, o cümlədən, Mossadın bəzi rəhbərləri bu rejimin siyasi böhranının davam etməsinin təhlükəsizlik nəticələri barədə xəbərdarlıq ediblər.

İRNA-nın bazar günü “The Times of Israel” sionist qəzetinə istinadən verdiyi məlumata görə, sionist rejimin keçmiş təhlükəsizlik məsləhətçiləri, o cümlədən Mossadın keçmiş rəhbəri Yossi Kohen sionist rejimin Knessetinin (parlamentinin) spikeri Əmir Ohaninə yazdığı məktubda hakim koalisiya ilə müxalifət koalisiyası arasında kompromis tələb edib.

Bu məktubda sionist rejimin müxtəlif dövrlərindən olan təhlükəsizlik müşavirləri xəbərdarlıq ediblər ki, bu rejimin məhkəmə sistemində islahat aparılması ilə bağlı siyasi böhranın davam etməsi onun təhlükəsizliyini zəiflədəcək.

Sionist rejimin təhlükəsizlik müşavirləri son bir neçə həftənin siyasi böhranının ağır sosial böhrana çevrildiyini elan ediblər.

Bu məktubda vurğulanır ki, münaqişə tərəflərinin tərəfdarlarının bir-biri haqqında sərt şərhləri böhranın nə qədər dərinləşdiyini və kritikləşən situasiyada razılığa gəlmək üçün ciddi səylərin göstərilmədiyini göstərir.

Onlar bu məktubda hakim koalisiya ilə müxalifət koalisiyasından ilkin şərt olmadan dialoqa girməyi və məhkəmə, icra və qanunvericilik orqanları arasında münasibətlərin müəyyənləşdirilməsi üçün razılığa gəlməyi xahiş ediblər.

İşğal olunmuş ərazilərin minlərlə sakini şənbə gecəsi Tel-Əvivdə və işğal olunmuş ərazilərin bir sıra şəhərlərində bir neçə həftə ardıcıl olaraq ekstremist Benyamin Netanyahunun kabinetinə qarşı etiraz aksiyası keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 + 1 =