İsrail Rusiya səfirini XİN-ə çağırıb

İsrail Rusiya səfirini XİN-ə çağırıb

İsrail əleyhinə çıxışlarından sonra Rusiya səfiri Təl-Əvivdə XİN-ə çağırılıb.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Rusiyanın Təl-Əvivdəki səfiri Anatoli Viktorov Təl-Əvivdə Xarici İşlər Nazirliyinə çağırılıb.

İsrail XİN-in bəyanatına görə, rəsmi Təl-Əvivin kəskin etirazı Rusiya tərəfə bildirilib.

Qeyd edək ki, Rusiya səfiri iki gün öncə “Jerusalem Post”a verdiyi müsahibədə bildirib ki, Yaxın Şərqdə sabitliyi pozan İran deyil İsraildir.

Rusiya səfiri bu müsahibədə bldirib:

“İsrail Hizbullah-a hücum edir, Hizbullah deyil. Həmçinin Rusiya İsrailin Suriyaya intensiv hücumlarını da rədd edir. Bölgədə sabitiyin olmaması İranın nüvə proqramından dolayı deyil, dövlətlərin beynəlxalq qanunlara (nüvə sazişi) əməl etməməsindəndir.”

Qeyd edək ki, Rusiya səfiri bu müsahibəsində fələstinlilərin müstəqil və suveren dövlətə malik olmaqla bağlı hüquqlarını da müdafiə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + 2 =