İsrail Rusiyanın Ukraynaya təcavüzünü pisləyib

İsrail Rusiyanın Ukraynaya təcavüzünü pisləyib

İsrail cümə axşamı susqunluğunu pozaraq, nəhayət, Rusiyanın Ukraynaya qarşı addımlarını pisləyib və dünya güclərini böhranı tez bir zamanda həll etməyə çağırıb.

İsrail Xarici Nşlər naziri Yair Lapid televiziya ilə çıxışında deyib. “Rusiyanın Ukraynaya hücumu beynəlxalq asayişin ciddi şəkildə pozulmasıdır. İsrail bu hücumu pisləyir.”

“Dayanıb danışıqlar masasına qayıtmaq və mübahisələri dünya güclərinin vasitəçiliyi sayəsində sülh yolu ilə həll etmək üçün hələ vaxt var.”

İsrailin həm Rusiya, həm də Ukrayna ilə uzunmüddətli, dərin və yaxşı münasibətləri var. Hər iki ölkədə on minlərlə israilli yaşayır.

Lapid Rusiya və Ukraynada yaşayan yəhudilər haqqında deyib: “Hər iki ölkədə yüz minlərlə yəhudi yaşayır və onların təhlükəsizliyini qorumaq bizim əsas prioritetimizdir.”

Bundan əvvəl İsrail mediası yazmışdı: “İsrail hökumətinin Ukrayna ilə Rusiya arasında böhranın kəskinləşməsinə susması Tel-Əvivin Moskvanın Suriyada İrana qarşı hərbi əməliyyata başlamasına ehtiyac duymasından irəli gəlir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − eighteen =