İsrail səfirliyi önündə özünü yandıran amerikalı hərbçi ölüb

İsrail səfirliyi önündə özünü yandıran amerikalı hərbçi ölüb

Vaşinqtonda İsrail səfirliyi qarşısında özünü yandıran ABŞ Hərbi Hava Qüvvələrinin hərbçisi ölüb.

BBC xəbər verir ki, o yerləşdirildiyi xəstəxanda ölüb.

Polis həmin şəxsin Texas ştatının San Antonio şəhərindən olan 25 yaşlı Aaron Bushnell olduğunu müəyyən edib.

Qeyd edək ki, fevralın 25-də İsrail səfirliyi önündə bir nəfər özünü yandırıb. ABŞ Məxfi Xidmətinin əməkdaşları tərəfindən yanğın söndürülüb və həmin şəxs ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

Özünü yandırmazdan əvvəl o, “artıq soyqırımda şərik olmayacağını” deyib.

ABŞ Hərbi Hava Qüvvələrinin sözçüsü Rouz Rayli CNN-ə deyib ki, həmin şəxs hava qüvvələrinin hərbi qulluqçusudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − nine =