İsrail Sinvarın Həmas lideri seçilməsinə qəzəbləndi
Sionist rejimin xarici işlər naziri Yəhya Sinvarın Həmas siyasi bürosunun yeni rəhbəri seçilməsinə sosial media hesabında reaksiya verərək yazıb: Sinvarın siyasi büroya rəhbər seçilməsi onun ölümü və Həmasın məhv edilməsi üçün əlavə bir səbəb yaratdı.
Təsnim Xəbər Agentliyinin məlumatına görə, İsrailin xarici işlər naziri İsrael Kats dünən gecə (6 avqust) Tvitter hesabında yazıb: Yəhya Sinvarın öldürülməsi üçün çoxlu səbəbimiz olduğu bir halda, onun İsmail Həniyyənin yerinə Həmasa liderlik etməsi də bu səbəblərin çoxalmasına bais oldu.
Xatırladaq ki, Əl-Əqsa Tufanı əməliyyatının layihəçisi kimi sionist rejimin terror siyahısında birinci yerdə olan Yəhya Sinvar, Həmas lideri İsmail Həniyyənin Tehranda terrorundan sonra Fələstin xalqının ümumi razılığı ilə bu hərəkatın baş katibi vəzifəsinə təyin edilib.