İsrail Suriyada iki hərbi obyektə hücum edib

İsrail Silahlı Qüvvələri Suriyanın cənub-qərbindəki Əl-Qüneytirə və Dəra əyalətlərində iki hərbi obyektə pilotsuz uçuş aparatları ilə hücum edib.
Bu barədə SANA agentliyi məlumat yayıb.
Hücum nəticəsində Suriya Silahlı Qüvvələrinin bir zabiti şəhid olub.