İsrail Suriyaya aviazərbələr endirib, havadan müdafiə cavab verib
İsrail ötən gecə Suriyanın Homs əyalətinə hava zərbələri endirib. Raketlərin çoxu havada ikən zərərsizləşdirilib.
Bu barədə hərbi mənbələr məlumat veriblər.
Bildirilib ki, ötən gecə saat 01.00 radələrində İsrail Homs əyalətinə, xüsusilə də əyalətin əl-Quseyr rayonuna hava zərbələri endirib. Havadan müdafiə sistemləri raketlərin çoxunu havada ikən zərərsizləşdirib.
Bu təcavüz zamanı bəzi dağıntılar və maddi ziyanlar qeydə alınıb.
Qeyd edək ki, İsrailin təyyarələri iki gün öncə də Suriya ərazisini hədəfə almışdı.
Salamnews