İsrail təhlükəsizlik mənbələri: Nablus hadisəsi böyük bir kəşfiyyat uğursuzluğu idi

İsrail təhlükəsizlik mənbələri: Nablus hadisəsi böyük bir kəşfiyyat uğursuzluğu idi

Sionist rejimin sözçüsü bu gün səhər saatlarında ordunun “Roi Zweig” adlı yüksək rütbəli komandirlərindən biri və iki qəsəbə sakininin Yusifin Nablus şəhərindəki qəbri ətrafında müqavimət qüvvələrinin güllələri ilə yaralandığını elan edib.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, ivrit dilli Walla xəbər saytı İsrail təhlükəsizlik mənbələrinə istinadən işğalçı qüvvələrin həzrət Yusifin  (ə) məzarına hücumunun fələstinlilər və israillilərə məlum olduğunu açıqlayıb.

Çünki bu, Fələstin təhlükəsizlik qüvvələri ilə koordinasiya əsasında həyata keçirilir ki, buna əsasən, nümayişçilərin bu məzara yaxınlaşmasının qarşısını almaq üçün Fələstin qüvvələri ərazini tərk etməli və İsrail ordu qüvvələrinin içəri girməsinə icazə verməlidir.

Bu xəbərdə vurğulanır ki, ordu qüvvələri həzrət Yusifin (ə) məzarına gedən yolda müqavimət qüvvələrinin olub-olmadığını öyrənə bilmədiyi üçün onlar mühacirlər və əsgərlərin avtobusuna atəş açıb, onlardan heç biri həbs olunmayıb.

İsrail təhlükəsizlik mənbələri son vaxtlar Nablusda müqavimət əməliyyatlarının əhəmiyyətli dərəcədə artdığını vurğulayıb.

Bu mənbələr ordunu mümkün qədər təhrik etmək üçün Nablus və Cənin müqavimət qüvvələri arasında rəqabətin mövcudluğuna da işarə ediblər.

Walla həmçinin başqa bir İsrail təhlükəsizlik mənbəsinə istinadən Nablusda dünən gecə baş verən hadisəni çox təhlükəli adlandırıb.

Bununla bağlı sionist rejimin hərbi rəsmiləri iddia ediblər ki, ordu qüvvələri ABŞ prezidenti Co Baydenin gözlənilən səfəri və bu ölkədə sülhü davam etdirmək istəyi səbəbindən Nablus və Cənindəki müqavimət mərkəzlərinə qarşı genişmiqyaslı əməliyyatlar keçirməkdən imtina ediblər.

Eyni zamanda Fələstin xəbər mənbələri işğalçı qüvvələrin Talmud ayinlərini yerinə yetirmək bəhanəsi ilə həzrət Yusifin (ə) məzarına hücumunun təhlükəsizliyini təmin etmək üçün işğalçı qüvvələrin 30-dan çox müxtəlif maşınla, o cümlədən hərbi buldozerlərlə Nablus şəhərinin şərq bölgəsinə hücum etdiyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × four =