İsrail tərəfdarları Ağ Evdəki vəzifələrindən uzaqlaşdırıldı

Ağ Evin Milli Təhlükəsizlik Şurasının yüksək vəzifəli İsrailyönlü məmurları vəzifəsindən azad etdiyi bildirilir.
İsrailin ictimai yayımı Kan- ın diplomatik müxbiri Gili Kohen , Ağ Evin Milli Təhlükəsizlik Şurasındakı yüksək səviyyəli israilyönlü məmurların vəzifələrindən uzaqlaşdırıldığını açıqladı.
Koenin sözlərinə görə, işdən çıxarılanlar arasında Ağ Evdə İsrail və Yaxın Şərq sənədlərinə cavabdeh olan Erik Trager də var.
Bu dəyişikliklərin ABŞ-ın Yaxın Şərq siyasətlərində mümkün transformasiyanın əlaməti ola biləcəyi bildirilir.
“Washington Post” un “məsələ ilə yaxından tanış olan şəxs” kimi təsvir etdiyi mənbəyə istinadən verdiyi məlumata görə, “Trampın adamları İsrailə Qəzza zolağında müharibəyə son qoymasa, onları tərk edəcəklərini bildiriblər”.
Lakin sonradan Ağ Ev bu iddiaları təkzib edərək belə bəyanatların “cəfəngiyyat” olduğunu bildirib.
Tramp əvvəlki vəzifəsində Ağ Evin Milli Təhlükəsizlik Şurasının tərkibini də əhəmiyyətli dərəcədə azaltmışdı.
Tramp bu müddət ərzində onlarla məmuru işdən çıxarıb, bəzilərini inzibati məzuniyyətə verib, digərlərini isə öz institutlarına göndərib.
Tərəfdarlar deyirlər ki, bu addımlar şurada “Amerikanı yenidən möhtəşəm et (MAGA)” gündəliyinin müdafiəçiləri ilə təmin etmək məqsədi daşıyır.