“İsrail tam qələbəyə qədər davam edəcək” – Netanyahu

İsrail Qəzza zolağında HƏMAS üzərində tam qələbəyə qədər davam edəcək.
Bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
Onun sözlərinə görə, bu, aylarla davam edə bilər: “Biz tam qələbəyə doğru gedirik və bu, yaxındır. Söhbət illərdən, onilliklərdən yox, aylardan gedir. İsrail Müdafiə Qüvvələri möcüzələr yaradır”.