İsrail və Suriya son 25 ildə ilk dəfə yüksək səviyyəli danışıqlar aparıblar

İsrail və Suriya son 25 ildə ilk dəfə yüksək səviyyəli danışıqlar aparıblar

İsrail və Suriya arasında son 25 ildə ilk dəfə yüksək səviyyəli danışıqlar baş tutub.

“Report”un “Axios” portalına istinadən verdiyi məlumata görə, görüş Parisdə ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barakın vasitəçiliyi ilə reallaşıb.

Danışıqlarda İsrailin strateji planlaşdırma naziri Ron Dermer və Suriyanın keçid hökumətindəki Xarici İşlər Nazirliyinin rəhbəri Əsəd əl-Şeybani iştirak ediblər.

Dörd saat davam edən görüşdə əsas mövzu ölkələr arasında gərginliyin azaldılması olub. Tərəflər Suriyanın cənubunda təhlükəsizlik və atəşkəs barədə razılığa gəlmək niyyətində olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 1 =