İsrail vətəndaşları kütləvi təhdid mesajları alıblar

İsrail vətəndaşları kütləvi təhdid mesajları alıblar

İsrail vətəndaşları kütləvi təhdid mesajları ilə bağlı polisə müraciət ediblər.

Bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Şikayət edən şəxslər bildiriblər ki, SMS-lərdə onların adları, yaşadıqları ünvan dəqiq təsbit olunub.

Təhdid mesajı isə “gələn həftə dəfn olunacaqsan” mətnindən ibarətdir.

İsrail polisi sözügedən faktı təsdiqləyib və sakinlərdən alınan mesajlara reaksiya verməməyi və mesajı aldıqları nömrəni bloklamağı xahiş edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × three =