İsrail Xarici İşlər Nazirliyi rejim səfirliklərinə xəbərdarlıq etdi: Ayıq və ehtiyatlı olun!

İsrail Xarici İşlər Nazirliyi rejim səfirliklərinə xəbərdarlıq etdi: Ayıq və ehtiyatlı olun!

Sizinyol xarici mediaya istinadən xəbər verir:

İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru dünya ölkələrindəki səfirlikləri və rejim nümayəndələrini son dərəcə ayıq olmağa çağırdı.

İran İslam Respublikasının nüvə alimi Möhsin Fəxrizadənin öldürülməsindən sonra Sionist rejimin Xarici İşlər Nazirliyinin Baş direktoru Alon Aşpez dünyadakı bütün səfirlikləri və rejim nümayəndələrini ayıq olmağa çağırdı.

İsrail Xarici İşlər Nazirliyinin Baş direktoru Alon Aşpez bazar ertəsi rejimin bütün nümayəndələrinə göndərdiyi teleqramda:

” İran nüvə alimi Möhsin Fəxrizadənin intiqamını almaqla bağlı hədələdikdən sonra, İsrailin dünyadakı nümayəndələri daha ehtiyatlı olmalıdırlar. ” – deyə bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − two =