İsrail XİN başçısı: “Bütün girovlar azad edilsə belə, İsrail Qəzzada əməliyyatı dayandırmayacaq”

İsrail XİN başçısı: “Bütün girovlar azad edilsə belə, İsrail Qəzzada əməliyyatı dayandırmayacaq”

Radikal HAMAS hərəkatının saxladığı bütün girovlar azad edilsə belə, İsrail Qəzza zolağında əməliyyatı dayandırmaq niyyətində deyil.

Bunu Almaniyanın “Bild” qəzetinə müsahibəsində İsrailin xarici işlər naziri İsrael Katz deyib.

“Biz girovları azad etmək istərdik. Bu yalnız Qəzzada, Xan-Yunisdə və HAMAS-ın iştirak etdiyi digər yerlərdə hərbi təzyiqlə baş verə bilər”, – deyə o bildirib.

Nazir bildirib ki, HAMAS həm hərbi, həm də siyasi cəhətdən məğlub olana qədər müharibəni bitirməyəcəyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × one =