İsrail XİN: Quterreş BMT-nin baş katibi postuna layiq deyil

İsrail XİN: Quterreş BMT-nin baş katibi postuna layiq deyil

BMT-nin baş katibi Antonio Quterreş beynəlxalq təşkilata rəhbərlik etmək üçün lazımi keyfiyyətlərə malik deyil.

“The Jerusalem Post” qəzetinin məlumatına görə, bunu İsrailin xarici işlər naziri Eli Koen BMT-nin Cenevrədəki ofisində mətbuat konfransı zamanı deyib.

Xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, Quterreş HAMAS hərəkatının fəaliyyətini pisləmək üçün kifayət qədər iş görməyib. Üstəlik, beynəlxalq təşkilatın baş katibinin öz mövqeyində İrana çox yaxın olduğu ortaya çıxıb.

“Quterreş BMT-nin rəhbəri olmağa layiq deyil”, – Koen vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 1 =