İsrail Yəmənə aviazərbələr endirib, azı 9 nəfər ölüb

İsrail Yəmənin husilərin nəzarətində olan ərazilərinə aviazərbələr endirib.
Bu barədə “Associated Press“ məlumat yayıb.
Qeyd edilib ki, nəticədə ilkin ehtimala görə, 9 nəfər ölüb.
Hücumların husilərin İsraili hədəf almasından sonra törədildiyi bildirilib.