İsrail yenidən Qəzzaya hava zərbələri endirib (FOTO)

İsrail yenidən Qəzzaya hava zərbələri endirib (FOTO)

İsrail Ordusu bu gün sübh Qəzzaya hava zərbələri endirib.

SalamNews Fələstin Media Mərkəzinə istinadla xəbər verir ki, hava zərbələri əsasən Qəzzanın cənubunda Rəfəh şəhərinin şərq nahiyəsinə endirilib.

Hava zərbələrinin, Rəfəhdə əkin sahəsinə endirildiyi və xəsarətlərin yalnız maddi xəsarətlər olduğu deyilib.

Bu arada İsrail Ordusunin hərbi texnikaları bu gün Qəzzanın cənubunda Xan-Yunis rayonu ərazisində sərhədi keçərək, qarşı tərəfin ərazisində bir müddət hərəkət etdikdən sonra geri dönüblər.

Qeyd edək ki, Qəzza 2008-ci ildən İsrailin havadan, quru və sudan mühasirəsindədir. Misirlə sərhəddə yerləşən Rəfəh keçidi isə nadir hallarda və müəyyən məhdudiyyətlər tətbiq edilməklə açılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − 1 =