İsrail zabitləri bütün dünyada risk altındadır

İsrail zabitləri bütün dünyada risk altındadır

Sionist medialar israilli hərbçiləri mühakimə edən ölkələrin siyahısının artdığından, artıq bütün hərbçilərin risk altında olduğundan xəbər verib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İsrael Hayom qəzeti dünən axşamçı (6 yanvar) sayında yazıb: Məhkəmə istintaqı altında olan əsgərlərin sayı 50-ni keçib və hərbçilər və ehtiyatda olan zabitlər Qəzza müharibəsi zamanı törədilmiş hərbi cinayətlərə görə beynəlxalq mühakimə olunma riski altındadır.

İsraildəki təhlükəsizlik bölmələri və nazirlikləri Qəzzada hərbi cinayətlərə qarışdıqları üçün xaricdə həbs olunma riski ilə üzləşə biləcək əsgər və ehtiyatda olanlara dəstək vermək üçün hazırlıq görür.

Haaretz qəzetinin məlumatına görə , İsrail hakimiyyət orqanları lazım gəldikdə sürətli hüquqi yardım göstərmək üçün yerli hüquq firmaları ilə koordinasiya edir.

Bəzi israilli səyahətçilərə həbs olunma riski ilə bağlı xəbərdarlıq edilsə də, əksəriyyəti sorğu-sual edilmədən və heç bir insident yaşamadan səyahətlərinə davam edir.

Hərbi xidmətdə olan əsgərlərin səfər planları yüksək rütbəli komandirlər tərəfindən təsdiq edilməli olsa da, Hərbi Prokurorlar Birliyi ehtiyatda olan əsgərlərin səfərinə nəzarətin olmamasından narahatdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − four =