İsraildə baltalı hücum – Ölənlər var

İsraildə baltalı hücum – Ölənlər var

İsrailin Elad şəhərində sakinlərə tapança və balta ilə hücum olub. Hücumda ən azı üç nəfərin öldüyü, ikisi ağır olmaqla, yeddi nəfərin yaralandığı bildirilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı İsrailin İctimai Yayım Təşkilatı KAN yayıb.

İsrail polisi iki nəfər olduğu bildirilən hücumçuları tutmaq üçün axtarışa başlayıb. Əraziyə əlavə qüvvələr göndərilib. Polis ətraf bölgələrdən gücləndirilmiş təhlükəsizlik qruplarını hücumun baş verdiyi bölgəyə yönəldib.

Hadisə şahidləri hücum edənlərdən birinin odlu silahdan, digərinin isə balta və ya böyük bıçaqdan istifadə etdiyini, hər iki təcavüzkarın avtomobillə hadisə yerindən qaçdığını bildirib.

Hücum edənlərin kimliyi və hücumun necə həyata keçirildiyi barədə məlumat verilməyib.

Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − eleven =