İsraildə həlak olan azərbaycanəsilli şəxslərin sayı 8-ə ÇATDI

HƏMAS-ın hücumları nəticəsində İsraildə həlak olan azərbaycanəsilli şəxslərin sayı açıqlanıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.
O bildirib ki, həlak olan azərbaycanəsilli şəxslərin sayı 8 nəfərdir.