İsraildə irqçilikdən ən çox şikayət edənlər ərəblər və efiopiyalılardır

İsraildə irqçilikdən ən çox şikayət edənlər ərəblər və efiopiyalılardır

Məsələn, polisin irqçi davranışı ilə bağlı şikayətlərdən biri də ötən ilin əvvəlində polis əməkdaşlarının avtobusda axtarış aparması zamanı olub.

İsrail hökumətinin rəsmi hesabatında irqi ayrı-seçkiliyin bəzi zərərləri açıqlanır və deyilir ki, ərəblər (48 fələstinli) və Efiopiya yəhudiləri 2021-ci ildə hökumət rəsmiləri və dövlət idarələrinin onlara qarşı irqçi davranışları ilə bağlı şikayətlərin böyük əksəriyyətini təqdim ediblər.

İsrail Ədliyyə Nazirliyinin irqçiliklə mübarizə üzrə koordinasiya bölməsinin dünən (bazar ertəsi) açıqladığı hesabatda Ərəb və Efiopiya vətəndaşlarının irqçi davranışlarla bağlı şikayətlərinin 24 faiz təşkil etdiyi bildirilir.

Hurdilərin (dini yəhudilər) şikayətləri 10 faiz, Mizrahi yəhudilərinin şikayətləri isə 4 faiz təşkil edib.

 Bu şikayətlərin əksəriyyəti xidmətlərin göstərilməsində irqi ayrı-seçkiliklə bağlı olub. Məlumata görə, ötən il irqçilik və ayrı-seçkilik xarakterli 458 şikayət işi açılıb.

Halbuki, 2020-ci ildə belə şikayət işinin sayı 506, 2019-cu ildə isə 497 olub

Şikayətlərin 23%-i isə xidmətlərin göstərilməsi və xidmət məhsullarında ayrı-seçkiliyi qadağan edən qanun pozuntuları və ictimai məkanlara çıxışla bağlıdır.

Məşğulluq və işə götrmə ilə bağlı edilən ayrı-seçkilik şikayətləri 11%, ictimai yerlərdə irqçi bəyanatlara görə şikayətlər 10%, ictimai sahədə irqçi nəşrlər və ya qərəzli fikirlərə görə 9%, dövlət xidmətindəki irqçi bəyanatlara görə 7%-i və polis davranışına görə 7%,  təhsilədəki ayrı-seçkiliyə görə 4% və  irqi motivli qanun pozuntularına görə 3% təşkil edib.

Məsələn, polisin irqçi davranışı ilə bağlı şikayətlərdən biri də ötən ilin əvvəlində polis əməkdaşlarının avtobusa baxış keçirməsi zamanı olub.

Polis əməkdaşları avtobusa minərək təhlükəsizlik kəməri taxmadıqları üçün avtobusda olan bütün ərəb sərnişinləri cərimələyiblər. Amma yəhudi avtobus sərnişinlərinə təhlükəsizlik kəməri taxmasalar belə, cərimələr tətbiq etməyiblər.

Polisə bölməsinə şikayət edildikdən sonra, qanun pozuntuları aradan qaldırılıb və hüquq-mühafizə orqanlarının əməkdaşlarının davranışları barədə tədbir görülməsi və nəticə çıxarılması qərara alınıb.

Qeyd edək ki, İrqçiliklə Mübarizə üzrə Monitorinq Bölməsi İsrail cəmiyyətində yenidir və onun irqçilik virusunun kökünü kəsmək məqsədi ilə bütün dövlət idarə və qurumlarında çalışanların davranışlarına nəzarət etmək üçün yaradıldığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 12 =