İsraildə narahatlıq və Tel-Əvivin HƏMAS və Hizbullaha yeni mesajı

İsraildə narahatlıq və Tel-Əvivin HƏMAS və Hizbullaha yeni mesajı

Sionist rejim öz daxili “kövrək siyasi vəziyyətindən” narahat olduğu üçün Qəzzə və Livandakı müqavimət hərəkatlarına mesajlar göndərib.

İşğal olunmuş Fələstinin bəzi xəbər mediaları sionist rejimin kabinetindən xəbərlər yayıblar ki, bu da hər şeydən çox Benyamin Netanyahunun kabinetinin bir növ siyasi-təhlükəsizlik narahatlığına dəlalət edir.

Mübahisəli addımları və siyasətləri ilə daxili və xarici müxalifət və etirazlara səbəb olan Netanyahunun yeni kabineti “xarici düşmən” kimi mövzuları gündəmə gətirərək daxili problemləri ört-basdır etməyə çalışır.

Bununla əlaqədar sionist rejim televiziyasının 12-ci kanalı çərşənbə axşamı bu rejimin, xüsusən də, ordunun hazırlıq səviyyəsini artırmaq üçün Nazirlər Kabinetinin ardıcıl iclasları barədə məlumat yayıb.

Kanal 12 Netanyahunun indiyə qədər 5 gizli görüş keçirdiyini və ABŞ və Fransaya da bildirilən bu görüşlərin nəticəsinin İsraildə hazırlıq səviyyəsinin artırılması olduğunu bildirib.

Bu görüşlərdə rejimin hərbi və təhlükəsizlik (kəşfiyyat) rəhbərləri, o cümlədən kəşfiyyat naziri Yoav Qalan, Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi Hertsi Helivi, Mossad rəhbəri Davud Barnia, Milli Təhlükəsizlik müşaviri Zahi Henqbi və bir sıra digər şəxslər iştirak edib.

Sionist televiziyası iddia edib ki, bu görüşlər İsraildə İrana qarşı istənilən əməliyyata hazırlıq səviyyəsini yüksəltmək üçündür, çünki uranın 90%-ə qədər zənginləşdirilməsi Tel-Əvivin son qırmızı xəttidir və qarşıdakı aylar həssas və mürəkkəbdir və İsrail bütün ehtimallara qarşı  hazırlıq görür.

Amma həqiqət budur ki, ötən ayda İsfahanda İran Müdafiə Nazirliyinin emalatxana komplekslərindən birinə qarşı uğursuz təxribat əməliyyatında mediada sionist rejimin orada iştirakının ilkin əlamətlərinin yaydıqdan sonra bu rejim İranın bu aşkar təcavüzə cavab verməsindən qorxur. Həmin səbəbdən İranın qisas alacağı qorxusundan formalaşdırdığı hazırlıq səviyyəsini İrana hücum hazırlığı kimi təqdim etməyə çalışır.

Kanal 12 həmçinin Binyamin Netanyahunun xarici işlər naziri Entoni Blinken, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan və Fransa prezidenti Emmanuel Makronu görüşlərin məzmunu ilə bağlı məlumatlandırdığını  bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × three =