İsraildə siyasi QALMAQAL: Netanyahunun xanımı ilə bağlı araşdırma başladı

İsraildə siyasi QALMAQAL: Netanyahunun xanımı ilə bağlı araşdırma başladı

İsrail polisi baş nazir Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu barəsində rəsmi araşdırmaya başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

N12 telekanalının məlumatına görə, Sara Netanyahu ərinin köməkçisinə etiraz aksiyaları təşkil etməyi tapşırıb. Məqsəd isə baş nazirin ifadə verdiyi üç məhkəmə işindən birində şahidlərdən birinə təzyiq göstərmək olub.

Hazırda İsrail hüquq-mühafizə orqanları iddiaları araşdırır və məsələ ilə bağlı əlavə açıqlama verəcəkləri gözlənilir.

Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 3 =