İsrailin ən-Nəqib həbsxanasında fələstinli məhbuslar kütləvi şəkildə koronavirusa yoluxub

İsrailin ən-Nəqib həbsxanasında fələstinli məhbuslar kütləvi şəkildə koronavirusa yoluxub

İsrailin ən-Nəqib həbsxanasında azı 25 fələstinli məhbusun Covid-19 virusuna yoluxması təsdiqlənib.

SalamNews Fələstin Media Mərkəzinin saytı Palinfo.com-a istinadla xəbər verir ki, bu barədə “Fələstinli əsirlərin işi üzrə komissiya” məlumat verib.

Bildirilib ki, ən-Nəqib həbsxanasının təkcə 25-ci bölməsində 25 “fələstinli əsir”in Covid-19 virusuna yoluxması təsdiqini tapıb.

Məlumata görə İsrailin aidiyyatı qurumları koronavirusa yoluxan fələstinli məhbusları təcrid etməyə çalışırlar.

İsrailin cənubunda ən-Nəqib səhrasında yerləşən bu həbsxanada 1,200 fələstinli saxlanılır.

Komissiya bildirib ki, hüquq təşkilatlarının tələbindən sonra bu həbsxnada olan fləstinlilərə koronavirusa qarşı vaksinlərin vurulması həyata keçirilməkdədir.

SalamNews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + 16 =