İsrailin aerokosmik şirkəti Azərbaycanla əməkdaşlığı gücləndirir
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) COP29 çərçivəsində təşkil etdiyi “Rəqəmsal yaşıl üfüqlər: hökumət və texnoloji həllərin dayanıqlı gələcək üçün inteqrasiyası” tədbirində İRİA sədrinin müşaviri Salar İmaməliyev və “Israel Aerospace Industries” korporasiyasının regional direktoru, marketinq və biznesin inkişafı üzrə meneceri Dani Paslevin iştirakı ilə panel sessiya keçirilib.
Panel sessiyada ilk çıxış edən İRİA sədrinin müşaviri Salar İmaməliyev “Israel Aerospace Industries”in COP29-da iştirakının qurumun Azərbaycanla münasibətlərinin dinamik inkişafının göstəricisi olduğunu bildirib. “Bu korporasiyanın İRİA ilə tərəfdaşlığı təkcə innovasiya ilə məhdudlaşmır. Münasibətlərimiz hər iki tərəfin qarşılıqlı niyyətinə əsaslanaraq texnoloji sahədə dayanıqlı və uzunmüddətli inkişafı hədəfləyir”, – deyə Salar İmaməliyev əlavə edib.