İsrailin Azadlıq Filosu ilə bağlı yaydığı təbliğata inanmayın! (Video İzlə)

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
İsrail ordusu Madleen gəmisinə hücum edib. Əvvəlcə insansız hava vasitələri ilə gəminin üzərinə ağ rəngli kimyəvi maddə püskürdülüb, daha sonra isə İsrail qüvvələri gəmiyə basqın edərək 12 aktivisti saxlayıb.
İsrail ordusu tərəfindən yayımlanan video görüntüləri isə beynəlxalq ictimaiyyətin reaksiyasını yumşaltmaq məqsədi daşıyan təbliğat kimi qiymətləndirilir.
Hadisə beynəlxalq aləmdə ciddi narahatlıq doğurub. BMT və insan haqları təşkilatları İsrailin bu addımını pisləyərək, saxlanılan aktivistlərin dərhal azad edilməsini tələb ediblər.