İsrailin Bəhreyndə səfirlik açması islam dünyası üçün matəm günü deməkdir – Ayətullah Nuri Həmədani

İsrailin Bəhreyndə səfirlik açması islam dünyası üçün matəm günü deməkdir – Ayətullah Nuri Həmədani

“Benyamin Netanyahunun Bəhreynə səfəri və bu ölkədə səfirlik açması islam dünyasında yas günü deməkdir… Bunun qarşısında sükut etmək və buna laqeyd yanaşmaq olmaz.”

SalamNews noorihamedani.ir-ə istinadla xəbər verir ki, bunu müsəlman dünyasının tanınmış müctəhidi Ayətullah Nuri Həmədani deyib.

Son zamanlarda bır sıra ərəb dövlətlərinin İsraillə əlaqələri rəsmiləşdirməsinə, İsrailin Bəhreyndə səfirliyini açmağı planlaşdırmasına münasibət bildirən müctəhid qeyd edib ki, müsəlman dünyası və Bəhreyn alimləri bu məsələdə mübarizələrini dayandırmamalıdırlar.

İsrailin Bəhreyndə səfirlik açacağı günü islam dünyası üçün yas günü kimi qiymətləndirən Ayətullah Nuri Həmədani müsəlman və Bəhreyn alimlərinə çağırış edərək, deyib:

“İslamda coğrafı sərhəd meyar yoxdur və Bəhreynin alimləri cihad etmək və şəhadətlə öz mübarizələrini davam etdirməlidirlər. Bu yolda sakit durmaq və laqeyd olmaq icazəli deyil.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − fifteen =