İsrailin Baş naziri ilə İordaniya kralı ABŞ-da görüşəcək

İsrailin Baş naziri ilə İordaniya kralı ABŞ-da görüşəcək

İsrailin Baş naziri Yair Lapid sentyabrın 20-də Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində İordaniya kralı ikinci Abdullahla görüşəcək.

“Report” xəbər verir ki, məlumatı “Jerusalem post” yayıb.

Görüşdə ikitərəfli münasibətlərin və regional vəziyyətin müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, bu, İsrailin Baş nazirinin kral Abdullahla ikinci görüşü olacaq. Birinci görüş isə bu ilin iyulunda baş tutub.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − nine =