“İsrailin başqa seçimi yoxdur” – Amerikalı general
“İsrailin Qəzza zolağında quru əməliyyatı keçirməkdən başqa seçimi yoxdur”.
Təqaüddə olan general və Yaxın Şərqdəki ABŞ qüvvələrinin keçmiş komandanı Kennet Frank Makkenzi belə deyib.
“Foreign Policy” nəşrinə müsahibəsində o qeyd edib ki, İsrail istəmədən belə bir vəziyyət yaranıb..
“İsrailin başqa seçimi yoxdur. Onların çəkindirmə modeli uğursuz oldu. Onlar indi çəkindirmə qabiliyyətini bərpa etmək üçün böyük gücdən istifadə etməlidirlər “, – deyə Makkenzi qeyd edib.
O əlavə edib ki, İsrail ən azı kəşfiyyat baxımından Amerikanın dəstəyinə arxalana bilər.
“İsrail tərəfi Şərqi Aralıq dənizindəki ABŞ gəmilərindən vəziyyətlə bağlı məlumat almaqla gedişatı daha yaxşı idarə edə biləcək”, – deyə general əlavə edib.