İsrailin dinc sakinlərə qarşı törətdiyi qətliam cavabsız qalmayacaq!

İsrailin dinc sakinlərə qarşı törətdiyi qətliam cavabsız qalmayacaq!

Livan Hizbullahının baş katibinin müavini Şeyx Nəim Qasim bildirib ki, işğalçı İsrail rejiminin dinc sakinləri qətliam etməsi cavabsız qalmayacaq!

Hizbullah rəsmisi qaniçən İsrail rejiminin Qəzzə Zolağında körpə, qadın və yaşlılara qarşı tarixdə misli görünməmiş cinayətlərinə işarə ilə bildirib ki, Benyamin Netanyahu və digər sionist rejim nümayəndələrinin bu qətliamı cavabsız qalmayacaq.

O sonra Hizbullah Müqavimət Hərəkatının sionist rejimlə müharibənin tam mərkəzində olduğunu qeyd edib.

“Əgər işğalçı İsrailin müdaxiləsi dərinləşərsə, o zaman biz də onlara qarşı mübarizəni genişləndirəcəyik. Qəzzəyə qurudan hücum baş versə, bura sionistlərin qəbristanlığına çevriləcək. Onların məğlubiyyətdən başqa çarəsi olmayacaq”, – deyə Şeyx Nəim Qasim vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 17 =