İsrailin ehtiyatda olan polkovniki: İranın sərt cavabına hazır olun

İsrailin ehtiyatda olan polkovniki: İranın sərt cavabına hazır olun

İsrailin ehtiyatda olan polkovniki və milli təhlükəsizlik eksperti Kobi Marom bəyan edib ki, İsrail strategiyasının olmaması səbəbindən Livan və İrana qarşı sərt müharibə aparır. Marom xüsusilə İranın nüvə proqramına qarşı ‘təkbaşına hərəkət etməyin çətinliyinə’ diqqət çəkib.

İşğalçı İsrail ordusunda ehtiyatda olan polkovnik və milli təhlükəsizlik üzrə ekspert Kobi Marom etiraf edib ki, İsrail strategiyası və yekun planı olmadan yeddi fərqli cəbhədə döyüşür.

Kanal 12 -yə danışan Marom, İsrailin Livanda “raket hücumları altında çətin mübarizə apardığını” vurğuladı.

Marom, müqavimət qüvvələrinin bu cəbhədəki imkanlarını etiraf edərək , “Sistemlərimizə meydan oxumaq üçün inteqrasiya olunmuş və ətraflı əməliyyat aparılır, buna heç bir şübhə yoxdur” dedi .

Hizbullahın komanda-nəzarət sistemi və atəş gücünün də gücləndiyini əlavə edən Marom , “Müharibə yaşayış məntəqələrinin boşaldılması və işlərin dayandırılması kontekstində davam edir” dedi.

İsrailin xüsusilə son bir ildə bir çox cəbhədə strateji səhv hesablamalar etdiyini bildirən Marom, İranın raketlər və pilotsuz uçuş aparatları ilə İsraili təəccübləndirməyi bacardığını bildirib. O, İranın “raketlər və avadanlıqlar aləmində” böyük güc kimi mövqe tutduğunu və bu vəziyyətin sionist rejim üçün ciddi təhlükə yaratdığını vurğulayıb.

İsrailin İrana qarşı son hücumu ilə bağlı Marom, “Bu son hücum nə İranı, nə də ABŞ administrasiyasını çəkindirə bilməyib” deyib və əlavə edib ki, İranın mümkün sərt cavabına hazır olmalıdır.İsrail

İsrail milli təhlükəsizlik eksperti həmçinin qeyd edib ki, ABŞ-ın hazırkı administrasiyası İrana qarşı birbaşa hücuma keçməyəcək və qırmızı xətt çəkməkdən çəkinir.

Marom, İsrailin maraqlarının İranla bu hücumlar silsiləsinə son qoymaq olduğunu vurğulayıb.

Bununla belə, Marom İsrailin İranın nüvə proqramını təkbaşına aradan qaldırmaq imkanlarının məhdud olduğunu etiraf edib və deyib ki, İsrail Hərbi Hava Qüvvələri bu məsələdə daha “təvazökar” olmalıdır .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − five =