Borrell: İsrailin İordan çayının qərb sahilinə hücumuna bəraət yoxdur
Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi sionist rejimin İordan çayının qərb sahilindəki hərbi əməliyyatların vəziyyəti daha da pisləşdirəcəyi və bu hücumlarda dinc əhalinin öldürülməsinə bəraət qazandırılmayacağı barədə xəbərdarlıq edib.
İRNA-nın məlumatına əsasən,Cozep Borrel bu gün (30 avqist) X sosial media hesabında yazıb: İsrail ordusunun işğal olunmuş İordan çayının qərb sahilində geniş əməliyyatı gərgin vəziyyəti fəlakətə gətirib çıxaracaq həddə daha da pisləşdirir.
Cozep Borrel deyib: İsrailin təhlükəsizliklə bağlı nigarançılığı ona dinc əhalinin ölümü, məntəqənin infrastrukturu, xüsusilə su-kanalizasiya sistemlərini məhv etmək üçün haqq qazandıra bilməz.
BMT-nin xüsusi məruzəçisi Francesca Albanese də bu gün İsrailin İordan çayının qərb sahilində mövcudluğunu qeyri-qanuni adlandıraraq özünümüdafiə əsaslandırması fikrinin etibarsız olduğunu deyib.