İsrailin həbs etdiyi fələstinlilərin sayı…
Oktyabrın 7-dən Qəzza zolağında müharibə başlayandan bəri İsrail ordusu İordan çayının qərb sahilində axtarışda olan 2550 fələstinlini həbs edib.
Bu barədə İsrail ordusu məlumat yayıb.
Məlumata görə, həbs olunanlardan təxminən 1300-ü HƏMAS ilə əlaqədə şübhəli bilinir.