İsrailin İrana son hücumu neftin qiymətini 7 dollara yaxın artırıb

İsrailin İrana son hücumu neftin qiymətini 7 dollara yaxın artırıb

İsrailin İranın nüvə obyektlərinə hücumundan sonra dünya bazarlarında neft kəskin bahalaşıb.

APA-Economics” xəbər verir ki, dünya bazarında neftin 1 barelinin qiyməti 6 dollardan çox artıb.

Belə ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin avqust müqaviləsinin dəyəri 9,66% və ya 6,7 dollar artaraq 1 barelə görə 76 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyul ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 9,76% və ya 6,64 dollar artaraq 1 barelə görə 74,68 ABŞ dollarına yüksəlib.

Ekspertlər bildirirlər ki, neftin qiymətində baş verən bu bahalaşma, həm regional təhlükəsizlik riskləri, həm də tədarük-tələb balansındakı dəyişikliklərlə izah olunur.

Əgər geosiyasi gərginliklər davam edərsə, qiymətlərdə artım trendi daha da dərinləşə bilər.

Qeyd edək ki, bu ilin aprel ayından etibarən neftin qiymətində eniş müşahidə edilirdi. İyun ayının əvvəlində etibarən isə nisbi artım diqqət çəkməyə başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 3 =