İsrailin Livana hücumları nəticəsində həalk olanların sayı 3754-ə çatıb

Livanın Səhiyyə Nazirliyi son sutka ərzində İsrailin hücumları nəticəsində 84 nəfərin həlak olduğunu açıqlayıb.
Nazirliyin məlumatına görə 8 oktyabr 2023-cü ildən bu yana baş verən hücumlar nəticəsində həlak olanların sayı 3754 nəfərə çatıb.
Açıqlamada həmçinin son sutka ərzində 213 nəfərin yaralandığı, yaralananların sayının isə 15626 nəfərə yüksəldiyi bildirilib.