İsrailin Livana hücumu nəticəsində 9 nəfər ölüb, 3 nəfər yaralanıb

İsrail ordusunun bu gücə Livanın cənubunda iki bölgəyə zərbələr endirməsi nəticəsində 9 nəfər ölüb, 3 nəfər yaralanıb.
Bu haqda Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə Haris və Taluse bölgələrində həyata keçirilən hücumlarda 5 nəfər həlak olub, 2 nəfər isə yaralanıb.
Mercayun bölgəsinə edilən hücum nəticəsində isə 4 nəfər ölüb, 1 nəfər yaralanıb.