İsrailin Livanla konflikti bitmir
İsrail ordusu Livanın cənubunda yerləşən ərazilərə ağ fosfor bombaları və ağır artilleriya atəşi ilə hücum edib. Əl-Aləm telekanalının Əl Məyadinə istinadla verdiyi məlumata əsasəm, sionist rejim hərbçiləri Livanın cənub bölgəsindəki Əl Nəqurə şəhərinin Təyir Hərfa şəhəri ətrafında yerləşən bir çayxananı hədəfə alıb və nəticədə 4 şəhid olub və 6 nəfər yaralanıb. Məlumata görə, Əl Naqurədə sionist hərbçilərinin hədəfi olan çayxana UNIFIL mərkəzlərindən birinin yaxınlığındadır. Onların əsas hədəfi Təyrharf islam tibb mərkəzinin avtomobili olub.Livan islami müqavimət qüvvələri bu hücuma cavab verib. Sionist ekspertlərin fikrincə, bu hücumun səbəbi Hizbullahın Kiryat Şmoune istiqamətinə atdığı raketlərin ağırlığı olub.