İsrailin Misirlə sərhədində atışma baş verib

İsrailin Misirlə sərhədində atışma baş verib

İsrailin Misirlə sərhədində atışma baş verib.

Bu barədə İsrail Müharibə nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 20-yə yaxın silahlı şəxs İsrail sərhədini keçməyə cəhd edib. Nəticədə İsrail hərbçiləri ilə həmin şəxslər arasında atışma baş verib.

Məlumata görə, narkotik alverçiləri olan silahlıların bir neçəsi atışmada yaralanıb.

Bildirilib ki, Misir sərhədində narkotik qaçaqmalçılığı hadisələri tez-tez baş verir, bəzən bu, silahlı toqquşmalarla da müşayiət olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + one =