İsrailin müdafiə naziri: “Bütün girovlar azad edilənədək ordu Qəzzanı tərk etməyəcək”

HƏMAS tərəfindən saxlanılan bütün girovlar azad edilənə qədər İsrail hərbçiləri Qəzza zolağından çıxmayacaq.
Bunu İsrailin müdafiə naziri Yoav Qalant Qəzza zolağına səfəri zamanı bildirib.
Y.Qalant vurğulayıb ki, ordu HƏMAS-a təzyiqləri davam etdirəcək:
“Biz bütün girovları qaytarana qədər Qəzzanı tərk edə və müharibəni dayandıra bilmərik”.
O əlavə edib ki, anklavda hazırkı humanitar fasilə qısa olacaq və HƏMAS ilə sonrakı danışıqlar atəş altında aparılacaq.