İsrailin ova çıxmış kəşfiyyat PUA-sı Qəzzədə ovlandı

İsrailin ova çıxmış kəşfiyyat PUA-sı Qəzzədə ovlandı

Fələstin müqavimət dəstələri son bir neçə saat ərzində Qəzza zolağında sionist qüvvələrə qarşı bir neçə uğurlu səhra əməliyyatı həyata keçirib.

Əl-Aləm telekanalının məlumatına əsasən, Sərayal Qüdsə bağlı qüvvələr bir neçə dəqiqə əvvəl Qəzza zolağının cənubunda yerləşən Rəfahın şərqində sionist rejimin pilotsuz kəşfiyyat aparatını ovladıqlarını elan ediblər.

Bundan əlavə, Fələstin qüvvələri Qəzza şəhərinin şərqindəki Əl-Şücaiyyə məhəlləsində sionist hərbçilərinə texnikaları ilə birlikdə iri minaatanlara hücumlar həyata keçiriblər.

Sərayal Qüds qüvvələri Şərqi Əl-Şücaiyyədə sionist ünsürlərlə şiddətli toqquşmayla üzləşib.

Sionist düşmənlə sıfır məsafədən baş verən bu toqquşmalarda bir neçə işğalçı əsgər həlak olub, bir neçəsi yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 5 =