İsrailin pilotsuz təyyarəsi Livan və Suriya sərhədində avtomobilə hücum edib

İsrailin pilotsuz təyyarəsi Livan və Suriya sərhədində avtomobilə hücum edib

  Media mənbələri İsrailin pilotsuz təyyarələrinin Livan-Suriya sərhədində avtomobilə hücumu barədə məlumat yayıb.

Əl Aləm telekanalının məlumatına əsasən, Əl-Cəzirə telekanalı bu gün (18 may) elan edib: Suriya daxilində Livan və Suriya arasında Əl-Məsnə sərhəd-keçid məntəqəsi yaxınlığında bir avtomobil sionist rejimin pilotsuz təyyarələrinin hücumuna məruz qalıb.

Bu hücumun təfərrüatları hələlik açıqlanmasa da internetdə bu avtomobilə hücumun videosu yayılıb.

Digər tərəfdən, Livan Hizbullahı yeni əməliyyatda sionist ordusunun işğal olunmuş Fələstinin şimalındakı mövqelərini hədəfə alıb. Bu xəbərə əsasən, Livan Hizbullahı bəyanat yayaraq, Qəzzada Fələstin xalqına dəstək vermək üçün Livan İslami Müqavimətinin döyüşçülərinin bu gün səhər saat 9:45-də sionist düşmən ordusunun əsgərlərinin toplaşdığı məkanı hədəfə aldığını elan edib və Barnit kazarmasında ağır xəsarətlər vurulduğunu elan edib.

Həmçinin Hizbullah Livanın cənubundan işğal olunmuş Cəliliyyə və Cövlan yüksəkliklərinə onlarla raket atıldığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 2 =