İsrailin Qəzzə zolağındakı iki yaşayış məntəqəsində güclü partlayış səsi eşidilib

İsrailin Qəzzə zolağındakı iki yaşayış məntəqəsində güclü partlayış səsi eşidilib

Sionist rejimin 13-cü kanalı İsrailin Siderot və Netifot yaşayış məntəqələrindən güclü partlayış səslərinin eşidildiyini bildirib.

İbrani və ərəb xəbər mənbələri bu şənbə günü axşam Qəzza zolağının şimalından güclü partlayış səsi eşidildiyini açıqlayıb.

Sabirin News Telegram kanalı İsrail ordusunun Qəzzədan raket atılmasını araşdırdığını bildirib. Bu kanal sionist rejimin 14-cü kanalına istinadən xəbər verib ki, Qəzzədən havaya qalxan bir pilotsuz təyyarə ələ keçirilib.

Bundan əvvəl Qəzzə ətrafındakı sionist yaşayış məntəqələrində həyəcan sirenalar çalınmışdı. Bu sirenlər “Kisofim”, “Əl-Əynis-salis” və “Nirim” şəhərlərində eşidilib.

Bu sirenalar Qəzzə zolağından həyata keçirilən raket hücumları və Dəmir Qübbə sisteminin ən azı bir raketi zərərsizləşdirməsi ilə əlaqədar olub.

Sionist ordu ötən ayda Fələstin müqavimətinin bir neçə gün ərzində sionist yaşayış məntəqələrinə 160 raket və mərmi atdığını elan etdi.

Bu hücumlar Fələstin müqavimət döyüşçülərinin son bir neçə ayda hərbçilərə və sionist köçkünlərə qarşı çoxlu şəhidlik əməliyyatları həyata keçirərək, onlardan bir neçəsini öldürdüyü bir vaxtda baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 3 =