İsrailin Qəzzədə “Yardım” Adı Altında Qurduğu Hiylə! (Video İzlə)

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
İsrailin Qəzzada “Yardım” Adı Altında Qurduğu Hiylə İsrail, Qəzzada “humanitar yardım” adı altında fələstinliləri hədəfə alan yeni bir strategiya həyata keçirir. Son hadisələr göstərir ki, işğalçı qüvvələr yardım bölgələrində izdiham yaradaraq mülki əhalini qəsdən atəşə tuturlar.
Bu hücumlar nəticəsində yüzlərlə fələstinli həyatını itirib, yüzlərlə insan yaralanıb. İsrailin bu hiyləsinin məqsədi Qəzzadaki mülki əhalini sistemli şəkildə zəiflətmək və onları daha da aciz duruma salmaqdır. 2,4 milyondan çox insan qida və tibbi yardımdan məhrum vəziyyətdədir.
Fələstin rəsmiləri və beynəlxalq qurumlar bu hadisəni qınayır və dünya ictimaiyyətini İsrailin bu manipulyasiyasına qarşı tədbir görməyə çağırır. İsrailin yardım adı altında həyata keçirdiyi bu hücumlar, işğal siyasətinin daha da qəddarlaşdığını və fələstinliləri hədəfə alan yeni mexanizmlər tətbiq edildiyini açıq şəkildə nümayiş etdirir.
Dünya bu cinayətlərə qarşı susmamalıdır. İsrailin humanitar yardımı müharibə silahına çevirməsinə dərhal son qoyulmalıdır.