İsrailin Qəzzada bir evə hücumu nəticəsində 14 nəfər ölüb

İsrailin Qəzzada bir evə hücumu nəticəsində 14 nəfər ölüb

Əl-Cəzirə çərşənbə günü gecə Qəzza zolağının mərkəzindəki Ən-Nusirat düşərgəsində yaşayış məntəqəsinin bombalanması nəticəsində 14 fələstinlinin şəhid olduğunu, bir neçəsinin isə yaralandığını bildirib.

İRNA-nın Əl-Cəzirə telekanalına istinadən verdiyi məlumata görə, Qəzza Səhiyyə Nazirliyi son statistik məlumatlarında sionist rejimin son 24 saat ərzində Qəzza zolağında 11 cinayət törətdiyini, nəticədə 103 fələstinlinin şəhid olduğunu, 145 nəfərin isə yaralandığını açıqlayıb.

Bu xəbərə görə, oktyabrın 7-də Qəzzaya qarşı təcavüzün başladığı gündən bu yana şəhidlərin sayı 28 min 576, yaralıların sayı isə 68 min 291 nəfərə çatıb.

Sionist rejimin Qəzzə zolağına hücumlarının başlamasından 131 gün keçir, işğalçı qüvvələr hələ də cinayət törətməkdə davam edir və ölkənin cənubunda yerləşən “Rəfəh” şəhərində növbəti faciə və fəlakətin baş verməsi üçün zəmin yaratmağa çalışırlar.

Rəfəh şəhərində bir milyon dörd yüz mindən çox fələstinli qaçqın yaşayır və uşaqları qətlə yetirən sionist rejimin baş naziri Benyamin Netanyahu yaxın günlərdə bu şəhərə genişmiqyaslı hücumlar həyata keçirəcəyini bəyan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − 9 =